Elektrik skuter xidmətinin göstərilməsinə dair

İSTİFADƏ QAYDALARI

Ümumi müddəalar

1. Elektrik skuter xidmətinin göstərilməsinə dair bu istifadə qaydaları, həmçinin qaydalara edilən bütün dəyişikliklər Azərbaycan Respublikasında fəaliyyət göstərən “Escooter.az” müəssisəsinin rəhbəri İqtisadiyyat Nazirliyinin yanında Dövlət vergi xidmətinin Bakı şəhəri kiçik sahibkarlıqla iş üzrə baş idarəsi tərəfindən qeydiyyata alınan 1306685172 nömrəli VÖEN Fiziki Şəxs İbrahimov Bəhruz Şahin oğlu (bundan sonra “Müəssisə”) xidmətlərindən (bundan sonra “Xidmətlər”) istifadə qaydalarını və şərtlərini müəyyən edən hüquqi razılaşmanı təşkil edir. Xidmətlər Azərbaycan Respublikasında “Escooter.az” adlı xüsusi mobil tətbiqi vasitəsi ilə (bundan sonra “mobil tətbiq”) “Escooter.az” tərəfindən həyata keçirilən skuter xidmətinin göstərilməsindən ibarətdir.
2. “Escooter.az” müəssisəsinin Istifadə Qaydalarını (müqaviləni) təsdiq edərək siz sənədi oxuyub başa düşməyinizi təsdiq etmiş olursunuz.
3. “ Escooter.az ” tərəfindən istifadə qaydalarına düzəlişi istənilən zaman əvvəlcədən xəbərdarlıq etmədən edə, o cümlədən də qaydaların hər hansı hissəsini ləğv edə bilər və bü cür düzəlişlər mobil tətbiqdə nəzərə alınan (qeydə alınan) andan silinənə qədər sizin üçün qüvvədə qalacaqdır. Müqaviləyə xitam vermək niyyətiniz barədə Müəssisəyə bildiriş göndərməsəniz, siz istifadə qaydalarına edilən düzəlişlərə razılıq vermiş hesab olunacaqsınız.

Xidmətlər

1. “Escooter.az” məxfilik haqqında qanunvericiliyə əsasən istifadə qaydalarında müəyyən edilən müddəalara, mobil tətbiqdə əks olunan tarif və şərtlərə, o cümlədən tərəflər arasındakı münasibətləri tənzimləyən hər hansı digər sənədə uyğun olaraq elektrikli skuterin icarəyə götürülməsi və istismarı barədə istehlakçılara xidmətlər təklif edir. Bu sənədlər istifadə qaydalarının ayrılmaz tərkib hissəsini təşkil etməklə birlikdə “İstifadə haqqında sənədlər” adlandırılır.
2. Siz bununla bildirirsiniz ki, elektrikli skuterin “ilk gələn birinci istismar edir” prinsipi əsasında icarəyə götürülməsi barədə məlumatınız var və buna görə də “Escooter.az” istənilən zaman istənilən müştərini elektrikli skuter ilə təchiz etməyə zəmanət vermir.
3. Müəssisə, əlavədəki təyin olunmuş düyməni basaraq seçim edə biləcəyiniz bir neçə xidmət təklif edir:
• Adi səyahət xidməti – maliyyət xidmətin aktivləşdirilməsindən və istifadə müddətinə görə xidmətdən istifadə xərclərindən ibarətdir.
• Gözləmə – xidmət gözləmə rejimində elektrikli skuter ilə təmin etməkdən ibarətdir. Gözləmə müddəti, mobil tətbiq içində gözləmə üçün təyin olunmuş düyməni vurduğunuz andan etibarən gözləmə müddətinin sonuna qədər və ya əlavədə göstərilən təlimatlara uyğun olaraq nəzərə alınacaqdır. Gözləmə qiyməti adi xidmət qiyməti ilə eynidir.
• Xidmət qiymətləri əlavədə görünəcək və bu İstifadə şərtlərinin ayrılmaz hissəsini təşkil edir.
• Bu xidmətlər “Escooter.az”-in qərarına əsasən ödənişli və ya pulsuz olaraq təqdim edilə bilər. Müəyyən müddətə pulsuz təqdim olunan bir xidmət, istifadəçinin “Escooter.az”-ın tələb etmək qərarına gəldiyi bu xidməti ödəmək vəzifəsini azaltmayacaqdır.

İstifadəçilərin qeydiyyatı

1. Xidmətlərin istifadəçisi kimi qoşulmaq niyyətində olan şəxs 18 yaşından yuxarı olmalı, qüvvədə olan qanunlara əsasən elektrikli skuteri istifadə etmək üçün tələb oluna biləcək bütün lisenziya və/və ya icazələrə sahib olmalıdır. Burada və sənədin növbəti hissələrində “qüvvədə olan qanunlar” kontekstdən asılı olaraq, müvafiq tərəfin aid olduğu və ya hadisənin baş verdiyi yurisdiksiyanın effektiv qanunvericiliyini ifadə edir.
2. Xidmətlərimizdən istifadə etmək üçün siz “Escooter.az”-ın mobil tətbiqini yükləməli, qeydiyyatdan keçməli və bütün zəruri məlumatları daxil etməlisiniz.
3. Qeydiyyatdan keçdiyiniz zaman “Escooter.az” mobil tətbiqi SMS vasitəsi ilə sizin mobil nömrənizə qeydiyyat kodu göndərəcəkdir və siz qeydiyyat prosesini davam etdirmək üçün bu kodu daxil etməli olacaqsınız. SMS-lərin olmayacağı təqdirdə, e-poçt vasitəsi ilə qeydiyyat kodu tələb edə bilərsiniz.
4. Bu sənəddə müəyyən edilən müddəalar çərçivəsində qeydiyyatdan keçərək siz aşağıdakılara razılıq vermiş və onları təsdiq etmiş hesab olunursunuz:
• Siz Müəssisənin müştərisi və Müəssisənin Xidmətlərinin istifadəçisi kimi qoşulmaq niyyətində olduğunuzu bildirmiş hesab olunursunuz.
• Siz istifadə qaydalarını (o cümlədən “Məsuliyyətdən azadetmə haqqında bəyannamə”) diqqətlə oxumusunuz, onları təsdiqləmisiniz, onlara razılıq vermisiniz və onlara qarşı gələcəkdə hər hansı iddia irəli sürməyəcəksiniz.
• Qeydiyyat zamanı təqdim etdiyiniz məlumatlar tam və dəqiqdir. Siz bu məlumatları vaxtaşırı olaraq yeniləməyi öhdənizə götürürsünüz.
• Siz şəxsi məlumatlarınıza və xüsusilə, faktura məlumatlarına edilən hər hansı dəyişiklik barədə “Escooter.az” a məlumat vermək öhdəliyi daşıyırsınız.
• Sizə məlumdur ki, sizə verilən “Escooter.az” mobil tətbiqi hesabı unikaldır və siz hesab məlumatlarını, o cümlədən istifadəçi adı, şifrə və faktura məlumatlarını məxfi saxlamağa görə müstəsna şəkildə məsuliyyət daşıyırsınız.
• Siz hesab məlumatlarınızı digər şəxslərə ötürməməyi və digər şəxslərin hesabınızdan istifadə etməsinə imkan verməməyi, o cümlədən digər şəxslərin hesabından istifadə etməməyi öhdənizə götürürsünüz.
• Siz bilirsiniz ki, müəssisəyə digər şəxslərin, o cümlədən istifadə qaydalarına və qanunlara əsasən səyahət etməsi qadağan edilmiş şəxslərin hesabınızdan istifadə etməsinə icazə verdiyiniz barədə məlumat verilməyibsə, Müəssisə hər hansı fakt sübut etmədən öz mülahizəsinə əsasən hesabınızı bloklamaq hüququna malikdir.
• Siz “E-scooter.az”mobil tətbiqində hesabınızdan istifadə edərək icra edilən hər hansı hərəkətə, o cümlədən digər şəxsin hesabınızdan istifadə etməsi və digər icazəsiz istifadə halları nəticəsində siz və/və ya hər hansı üçüncü şəxsin məruz qaldığı zərər və/və ya itkiyə görə tam məsuliyyət daşıyırsınız.
• Hesab məlumatlarınızın itdiyi, oğurlandığı, müsadirə edildiyi, icazəsiz istifadə olunduğu və/və ya təhlükəsizlik qaydalarını pozmaqla hər hansı şəkildə istifadə edildiyi sizə məlum olarsa, dərhal “Escooter.az”a bu barədə məlumat verməlisiniz.
• Siz səbəb olduğunuz hər hansı zərər görə yerli qurumlar tərəfindən “Escooter.az”a tətbiq olunan hər hansı ödəniş və/və ya cəriməni sübut etmək tələbi olmadan Müəssisədə aşkar edilən məlumatlara əsasən ödəməyi öhdənizə götürürsünüz. Bu ödəniş əvvəlcədən bildiriş vermədən müəyyən etdiyiniz ödəniş qaydası ilə həyata keçiriləcəkdir.
• Bu Xidmət olduğu kimi həyata keçirilir. Siz xidmətin xüsusiyyətləri, xarakteristikası, məhdudiyyətləri və ya tələblərinizə uyğunluğuna görə Müəssisəyə qarşı və ya Müəssisənin adından hər hansı şəxsə qarşı iddia və/və ya tələb irəli sürmək hüququna sahib deyilsiniz.

Məlumatların məxfiliyi

1. “Escooter.az” mobil tətbiqi telefon nömrəsi, e-mail ünvanı, bank kart məlumatları, səyahətə başladığınız məntəqə, təyinat məntəqəsi, real zamanlı məkan, səyahətin başlanğıc tarixi, səyahətin sonlanma tarixi, istifadə müddəti və s. kimi qeydiyyat prosesində və xidmətlərdən istifadə zamanı təqdim etdiyiniz şəxsi məlumatları toplayaraq onlardan istifadə edir.
2. Xidmətdən istifadə edərkən “Escooter.az” mobil tətbiqi cihazınızdakı “qoşulma” funksiyasından istifadə edir. Siz buna icazə verməkdən imtina edə bilərsiniz, lakin nəzərə almalısınız ki, bunu etdiyiniz təqdirdə “Escooter.az” mobil tətbiqi sizə məhdud şəkildə xidmət göstərə biləcəkdir.
3. Bu cür məlumatlar və Müəssisə tərəfindən təqdim olunan və ya qəbul edilən bütün məlumatlar, o cümlədən də şəxsi məlumatlar, ödəniş qaydaları, istifadə tarixçəsi və istifadəçinin yeri barədə məlumatlar Müəssisənin məlumat bazalarında və məlumatları arasında saxlanır. “Escooter.az” məlumatları saxlayaraq onlardan bu istifadə qaydalarında və qüvvədə olan qanunlara, o cümlədən “Şəxsi məlumatların qorunması haqqında” Qanunda müəyyən edilən məhdudiyyətlə nəzərə alınmaqla öz məqsədlərini, yəni öz xidmətlərini həyata keçirmək üçün istifadə edə bilər.
4. Müəssisə aşağıdakı hallarda sizin və ya Xidmətdən istifadəniz barədə hər hansı şəxsi məlumatı, o cümlədən faktura məlumatları, telefon nömrəsi, e-mail ünvanı və digər bu cür məlumatları əvvəlcədən məlumat vermədən və sizin razılığınız olmadan açıqlamaq hüququna sahibdir: (1) Qüvvədə olan qanunlara və/və ya səlahiyyətli orqanın sərəncamına əməl etmək tələb olunduqda; (2) Müəssisənin və/və ya onun adından hər hansı şəxsin və/və ya üçüncü şəxslərin hüquqlarını müdafiə etmək üçün; (3) Bu istifadə qaydalarını tətbiq etmək, o cümlədən Xidmətdən istifadəyə görə xidmət haqqı tutmaq üçün; (4) Xidmət göstərmək üçün; (5) Xidmətləri və təklif olunan məzmunu yeniləmək və yaxşılaşdırmaq üçün; (6) Mövcud Xidmətləri və məzmunu dəyişdirmək və/və ya ləğv etmək üçün; (7) Xidmətdən istifadəyə dair statistik məlumatlarınızı toplamaq üçün; (8) Məlumatları yoxlamaq və məlumatların təhlükəsizliyi məqsədləri üçün.

Reklam və marketinq mesajlarının qəbul və istifadə edilməsi

1. Müəssisə Xidmətlərdən istifadə ilə bağlı adi kommersiya fəaliyyəti çərçivəsində sizə informativ xarakterli mesajlar, o cümlədən “bildirişlər” göndərəcəkdir.
2. Müəssisə hesabınızda və/və ya sizə təqdim olunan xüsusi sənədlərdə, o cümlədən əməliyyatın icmalına dair sənədlər, fakturalar və s.-də müəyyən edilən hər hansı rabitə metodu vasitəsilə sizə müxtəlif reklam və marketinq mesajları göndərə bilə. Siz Müəssisənin müəyyən etdiyi yolla sizə reklam və marketinq mesajlarının göndərilməsindən imtina edə bilərsiniz.
3. Müəssisə bu məqsəd üçün şəxsi məlumatlarınızdan istifadə edərək “Şəxsi məlumatların qorunması haqqında” Qanunla müəyyən edilən qaydada sizə birbaşa e-mail göndərə bilər (bundan sonra – “Birbaşa e-mail”). Siz Müəssisənin müəyyən etdiyi yolla sizə birbaşa e-mailin göndərilməsindən imtina edə bilərsiniz.

Məlumatların təhlükəsizliyi

1. Siz təsdiq edərək razılaşırsiniz ki, “Escooter.az” mobil tətbiqinin vebsaytındakı və tətbiqdəki məlumatları qorumaq məqsədilə məlumatların qorunması üzrə qabaqcıl mexanizmlərdən istifadə etdiyi, haker hücumları, kompüterlərə icazəsiz giriş, məlumatların ifşası, pozulmalar və vebsayt tərəfindən istifadə olunan kompüterləşdirilmiş sistemlərin fəaliyyətlərinə müdaxilənin qarşısını almaq məqsədilə bütün müvafiq tədbirləri həyat keçirdiyi sizə məlumdur. Bununla belə, Müəssisə kompüter sistemlərininə icazəsiz giriş hallarının olmayacağına tam zəmanət verə bilməz. Kompüter sistemlərinə haker hücumlarına məruz qaldığı təqdirdə gələcəkdə hər hansı iddia və/və ya tələb irəli sürməyəcəksiniz. Müəssisə digər şəxslərin sistemə icazəsiz daxil olması nəticəsində yuxarıda göstərilən məlumatların ifşa edilməsi və istifadə olunması hallarına görə məsuliyyət daşımayacaqdır.
2. Siz “Escooter.az”-in kompüter sistemlərinə qanunsuz şəkildə daxil olmayacaq, bu cür kompüter sistemlərinə giriş yollarını və ya boşluğu axtarmayacaq, təhlükəsizlik sistemləri və ya vebsaytı və saytdakı məlumatları qoruyan şifrə yaratmayacaq və ya bu cür hərəkətlərin icrasına yardım etməyəcəksiniz.

İstifadə ilə bağlı məhdudiyyətlər və müəllif hüquqları

1. Elektrik skuter vasitəsi yalnız şəxsi istifadə üçün nəzərdə tutulub və ondan kommersiya məqsədli istifadə edilməsi qəti qadağandır.
2. Müəssisə sizə Xidmətlərdən və onun komponentlərindən istifadə etmək hüququ verir. Lakin Müəssisə bildirir ki, hüquqları başqasına ötürə və ya ondan kommersiya məqsədilə istifadə edə bilməzsiniz.
3. Xidmətin həyata keçirilməsi çərçivəsində meydana çıxan hər hansı komponent (məsələn, sənət əsəri, qrafik dizayn, fotoşəkillər, rəsmlər, video, səslər, çertyojlar, əmtəə nişanları, xidmət nişanları, ticarət adları, məlumat bazaları, vebsaytın və ya appletin kompüter kodu, kodun daşıdığı kontent və fayllar, vebsaytdan və ya appletdən istifadə ilə bağlı yaranan hər hansı digər məlumatla) üzərindəki tam mülkiyyət hüququ Müəssisəyə və/və ya onun tərəfdaşlarına məxsusdur.
4. Yuxarıdakı bəndlərin ümumi xarakterindən kənara çıxmamaq şərti ilə, “Escooter.az” adı, Müəssisənin əmtəə nişanları, o cümlədən vebsaytın domen adı, vebsaytdakı əmtəə nişanları (qeydiyyata alınıb-alınmamasından asılı olmayaraq) hüquq sahiblərinin, yəni “Escooter.az” ın mülkiyyəti hesab olunur. Onlardan Müəssisənin əvvəlcədən yazılı razılığı olmadan istifadə oluna bilməz.
5. Siz Xidmətdən yalnız müəyyən edilmiş məqsəd üçün istifadə edə bilərsiniz. Hər hansı icazəsiz istifadə halı avtomatik olaraq bizim tərəfimizdən sizə verilən icazə və/və ya hüquqlar ləğv olunması ilə nəticələnəcək. Sizdən “Escooter.az”-ə və itkiyə məruz qalan hər hansı digər üçüncü şəxsə kompensasiya ödəməyiniz tələb olunacaqdır.
6. Siz vebsaytda və mobil tətbiqdə Nəqliyyat vasitəsinin fotoşəkillərini tapa bilərsiniz. Bu cür fotoşəkillə yalnız təsvir məqsədi daşıyır. Fotoşəkildə elektrik skuterlərinin təsviri faktiki görüntüsündən fərqli ola bilər.

İnternetə çıxış və cihaz

1. Siz cihazınızın internetə çıxışın təmin edilməsinə və xidmətlərdən istifadə məqsədilə internet təminatçısı və ya mobil xidmət təminatçısı kimi hər hansı üçüncü şəxs tərəfindən tutulan xidmət haqlarının ödənilməsinə görə məsuliyyət daşıyırsınız. Xidmətimizdən yararlanan zaman mobil şəbəkə məlumatları və xidmət haqları tətbiq oluna bilər. Siz bu cür xidmətləri sizə göstərən təchizatçılarla bunu yoxlamalısınız.
2. Sizə məlumdur ki, Müəssisə tərəfindən həyata keçirilən xidmətlər internetdən və mobil şəbəkələrdən istifadə yolu ilə həyata keçirilir, Xidmətlərin keyfiyyəti və mümkünlüyünə Müəssisənin nəzarəti altında olmayan amillər təsir göstərə bilər, buna görə Müəssisə öz nəzarəti altında olmayan amillərin səbəb olduğu hər hansı nasazlığa, o cümlədən fors major hadisə nəticəsində yaranan nasazlıqlara görə məsuliyyət daşımayacaqdır.
3. “Escooter.az” Xidmətin və ya onun hər hansı hissəsinin hər hansı xüsusi proqram təminatı və ya cihazda çalışıb-çalışmamasına görə məsuliyyət daşımır. Siz Xidmətlərə çıxışın təmin edilməsi və onlardan istifadə olunması üçün tələb oluna biləcək müvafiq proqram təminatı və ya cihazın satın alınması və yenilənməsinə, o cümlədən digər yeniləmələrə görə məsuliyyət daşıyırsınız.
4. Siz elektrik skuteri icarəyə götürməzdən əvvəl mobil cihazınızın yaxşı vəziyyətdə olduğunu və icarə prosesini, o cümlədən onun ləğv olunmasını icra edə bildiyini, interneti, batareyanı və kameranı yoxlamağa görə tam məsuliyyət daşıyırsınız.
5. Müəssisə bildirir ki, sizin bu bölmədə qeyd olunan nöqsanlara görə Xidmətə xitam verməniz istifadə qaydalarının pozulmasını təşkil edir. Buna görə əlavə haqq tutula bilər.

İcarə müddəti

1. Elektrik skuterin icarəsi sizin mobil tətbiqdə müəyyən edilmiş düyməyə basdığınız və icarənin “Escooter.az” mobil tətbiqi tərəfindən təsdiqləndiyi andan başlayacaqdır. İcarənin başlamasından dərhal sonra elektrikli skuteri kiliddən çıxacaq və siz səyahət etmək üçün ondan istifadə edə biləcəksiniz.
2. Elektrik skuterin icarəsi onu xüsusi stansiyada saxladıqdan və sessiyanı yekunlaşdırmaq üçün mobil tətbiqdə müəyyən edilmiş xüsusi düyməni basdıqdan sonra elektrik skuterdən istifadəni tamamladığınızı mobil tətbiq vasitəsilə bildirdiyiniz anda sonlanacaqdır. Mobil cihazınızda enerjinin az olması və ya internet əlaqəsinin kəsilməsi nəticəsində elektrik skuteri qaytarmaq mümkün olmazsa, siz “Escooter.az” ın elektrik skuterinin icarəsini mexaniki qaydada yekunlaşdırmasına şərait yaratmaq üçün “Escooter.az” ın müştəri xidmətlərinə dərhal məlumat verilməsinə görə cavabdehsiniz. Siz tələb olunan halda elektrik skuterin icarəsinin yekunlaşması anına qədər məsuliyyət daşıyırsınız.
3. “Escooter.az” iki saatlıq müddət sonlandıqdan sonra öz mülahizəsinə əsasən müəyyən etdiyi hər hansı səbəbdən elektrik skuterin icarəsinə xitam vermək hüququna malikdir, ancaq bu hal müəssisənin üzərinə hər hansı öhdəlik qoymamaqla yanaşı, sizi də hər hansı məsuliyyətdən və ya ödənişi tam şəkildə həyata keçirmək öhdəliyindən və istifadə qaydaları və/və ya qanunun müvafiq müddəalarını pozduğunuz təqdirdə, “Ecooter.az” əlavə ödəniş etmək hüququna malikdir.
4. Hər halda, Müəssisə, mümkün dələduzluq hallarının və ya istifadəçinin telefon batareyasının və ya internetinin gəzintini bitirmək üçün əlçatan olmadığı halların qarşısını almaq üçün dörd saatlıq bir müddətdən sonra elektrik skuterinin icarəsinə xitam verəcəkdir.
5. Elektrik skuterini geri qaytararaq parkinq əməliyyatını icra etdikdən sonra siz əmin olmalısınız ki, elektrik skuter yolda və ya səkidə digər istifadəçilərə və ya üçüncü şəxslərə maneə törətmir və hər hansı qanuna, o cümlədən xidmətdən yararlandığınız şəhərin daxili qaydalarına uyğun olaraq yerləşdirilmişdir. Məsələn, elektrik skuteri ağacların, yol nişanlarının, küçə işıqlarının, parkinq sayğaclarının, zibil konteynerlərinin, əmlakların hasarlarının, skamyaların və konteynerlərin üzərində, qəza və xidmət çıxışlarının, piyada keçidlərinin və strukturların qarşısında və ya kənarında, elektrik skuterin reklam afişasını örtəcəyi yerlərdə, yükləmə və boşalma əməliyyatları üçün ayrılmış ərazilərdə, iş sahəsi, ağac kəsimi və fotoçəkiliş ərazisi kimi müvəqqəti məhdudiyyətlərin qoyulduğu ərazilərdə, istifadəçilər və ya digər xidmətlər üçün ayrılmış ərazilərdə və s. saxlamaq olmaz.
6. Elektrik skuterlərdən istifadə edərkən qüvvədə olan qanunların müddəalarına və İstifadə haqqında sənədlərin göstərişlərinə əməl etməsəniz (məsələn, elektrik skuterlərinin qanun normalarına zidd olaraq saxlanması, istifadə edilmiş xidmətə xitam verilməməsi, elektrik skuteri düzgün qaydada yerləşdirmədən fəaliyyət sahəsinin tərk edilməsi və s), sizdən xidmət haqqından əlavə haqq tutula, o cümlədən yerli qurum tərəfindən sizə qarşı cərimə tətbiq oluna bilər.

Xidməti ləğv etmək imkanı

1. Siz “Escooter.az” la əməkdaşlığınıza istənilən zaman “Escooter.az” a yazılı bildiriş göndərməklə xitam verə bilərsiniz. Bu cür bildiriş göndərilərsə, əməkdaşlığa 5 iş günü ərzində xitam veriləcəkdir.
2. Müəssisə bununla bildirir ki, əməkdaşlığın xitamı sizi xitamdan əvvəl yaranan öhdəliklərin icrasından və məsuliyyətindən azad etmir.
3. “Escooter.az” aşağıdakı hallarda əvvəlcədən bildiriş göndərmədən sizinlə əməkdaşlığa xitam verə və ya xidmətlərə çıxışınızı bloklaya bilər: (1) istifadə qaydalarına müəyyən edilən öhdəlikləri icra etmədikdə; (2) Müəssisənin xidmətlərindən sui-istifadəyə yol verdikdə; (3) vebsaytın və mobil tətbiqin işinə əngəl olduqda; (4) Müəssisəyə yanlış məlumatlar təqdim etdikdə; (5) başqa şəxsə, o cümlədən İstifadə haqqında sənədlərə və qanuna əsasən səyahət etməsi qadağan olunan şəxsə hesabınızdan istifadə etmək icazəsi verildikdə; (6) kredit kartından xidmət haqqının tutulması ilə bağlı problem olduqda: (7) qüvvədə olan qanunları pozduqda; (8) Elektrik skuterdən təhlükəli şəkildə istifadə etdikdə; (9) Elektrik skuterlərinə zərər vurduqda.

İstifadə qaydası və məsuliyyətlər

1. Sizə məlumdur ki, Elektrik skuterlərindən istifadə vaxtaşırı olaraq mobil tətbiqdə yenilənə və “Escooter.az” mobil tətbiqində və ya informasiya stendlərində əks oluna biləcək istifadə perimetri ilə məhdudlaşır (bundan sonra – “İstifadə məhdudiyyətləri“). Bu cür İstifadə məhdudiyyətlərindən kənara çıxmaq qəti qadağandır. İstifadə məhdudiyyətlərindən kənara çıxılması dedikdə elektrik skuterlərinin icazəsiz götürülməsi və qüvvədə olan qanunların pozulması nəzərdə tutulur. “Escooter.az” İstifadə məhdudiyyətlərindən kənara çıxma halında bütün tədbirləri həyata keçirmək, o cümlədən xidmətə xitam vermək, səlahiyyətli hüquq-mühafizə orqanlarına şikayət etmək, əməkdaşlığı ləğv etmək, cərimə tətbiq etmək və elektrik skuterlərinin qaytarılması ilə bağlı xərclərin tam məbləğini tutmaq (o cümlədən Şirkətin istifadəçilərinə elektrik skuterlərinin istifadəsinin başladığı andan İstifadə məhdudiyyətləri çərçivəsində ictimaiyyət tərəfindən istifadə olunması üçün tam şəkildə qaytarıldığı ana qədər davam edən tam müddət üçün tətbiq olunan qiymətlərə əsasən tam ödəniş tələb etmək) hüququna malikdir.
2. Siz elektrik skuteri qüvvədə olan qanunların müddəalarına əsasən müəyyən edilmiş yollarda idarə etməyi öhdənizə götürürsünüz. Elektrik skuteri velosipedlər üçün ayrılmış zolaqda, belə zolaq olmadıqda isə qüvvədə olan qanunda müəyyən edilən yolda idarə olunmalıdır.
3. Sizə məlumdur ki, yerli orqanlar fərqli ərazilərdə və fərqli şəhərlərdə fərqli istifadə siyasətlərindən istifadə etmək səlahiyyətinə malikdir. Siz qüvvədə olan qanunlara əməl etməlisiniz.
4. Siz icarəyə götürdüyünüz elektrik skuterini tək başına idarə edə bilərsiniz və elektrik skuterinə başqa şəxsləri mindirmək (burada sərişin və ya ikinci şəxs kimi başa düşülür) qəti qadağandır.
5. Siz elektrik skuterini yalnız öz hesabınızdan istifadə edərək icarəyə götürə bilərsiniz.
6. Siz icarəyə götürdüyünüz elektrik skuterinin aksessuar, hissə və ya komponentlərini çıxarmaq, digəri ilə əvəz etmək, onlara düzəliş etmək və ya yenilərini əlavə etmək hüququna malik deyilsiniz.
7. Sizə göstərilən xidmətdə müəyyən edilən hallar istisna olmaqla (məsələn, gözləmə müddətində), icarəyə götürdüyünüz elektrik skuterini icarə müddəti ərzində istənilən zaman nəzarətsiz qoymamağı öhdənizə götürürsünüz.
8. Siz icarə müddəti ərzində elektrik skuterin oğurlandıqda, müsadirə edildikdə və/və ya qəza törətdikdə və ya üçüncü şəxslər qəza törətdikdə və/və ya onların əmlakına zərər vurduqda dərhal “Escooter.az” a məlumat verməlisiniz.
9. İcarə müddət ərzində siz elektrik skuterə görə tam məsuliyyət daşıyırsınız. Buna görə “Məsuliyyətdən azadetmə haqqında bəyannamə” bölməsinə əsasən icarə müddəti ərzində elektrik skuterdən istifadə edilməsi nəticəsində elektrik skuterinə, hər hansı şəxsə və ya əmlaka vurulan zərərə görə tam məsuliyyət daşıyırsınız.
10. İcarə müddəti ərzində siz hər hansı yol hərəkəti qaydalarının pozuntularına, cinayət əməlinə və/və ya delikt əməllərinə və icarəyə götürdüyünüz elektrik skuterin istifadə ilə bağlı yol verilən hər hansı hərəkətə, o cümlədən qüvvədə olan qanuna əsasən tələb oluna biləcək qoruyucu avadanlıqlardan, həmçinin dəbilqə və işığı əks etdirən jiletdən (“Qoruyucu avadanlıqlar”) istifadə olunmaması və/və ya elektrik skuterinin təmir edilməsi və ya ona hər hansı əlavənin edilməsi nəticəsində tətbiq olunan cəriməyə və/və ya elektrik skuterin müsadirə edilməsinə görə tam məsuliyyət daşıyırsınız. “E-scooter.az” icarə müddəti ərzində qanun pozuntularına yol verdiyiniz halda şəxsiyyətinizin müəyyən edilməsində səlahiyyətli orqanlara yardım etmək, yaranan xərclərə, yol verilən qanun pozuntusuna və/və ya hər hansı hərəkətə, o cümlədən hərəkətləriniz və/və ya hərəkətsizliyiniz nəticəsində vurulan zərərə görə sizdən kompensasiya tələb etmək hüququna malikdir.
11. Siz elektrik skuterinin tam və yaxşı vəziyyətdə saxlanmasına, istifadə müddəti tamamlandıqdan sona onun zədəsiz və yaxşı vəziyyətdə qaytarılmasına görə tam məsuliyyət daşıyırsınız.
12. Siz elektrik skuterini qəbul etdiyiniz formada geri qaytarmalısınız. Bunu etmək mümkün olmazsa, siz elektrik skuterinin ilkin vəziyyətinə qaytarılmasına görə çəkilən xərclər sizdən tutula bilər.
13. Siz “Escooter.az” ın tələb etdiyi təqdirdə elektrik skuterini qaytardıqdan sonra 24 saat ərzində onun parkinq yeri barədə dəqiq məlumat verməyi öhdənizə götürürsünüz.
14. “Escooter.az” elektrik skuterinin davamlı texniki xidmətinə görə cavabdeh olsa da, elektrik skuterinin hər zaman yaxşı vəziyyətdə olmasına görə məsuliyyət daşımır. Siz icarəyə götürmək istədiyiniz elektrik skuterinin idarə etməyə başlamazdan əvvəl onun yaxşı vəziyyətdə olub-olmadığının yoxlanmasına görə cavabdehsiniz.
15. Elektrik skuterini icarəyə götürməzdən əvvəl siz akkumulyatorda olan enerjini, onun tələb olunan məsafə və vaxt nəzərə alınmaqla sizin ehtiyaclarınızı qarşılayıb-qarşılamayacağını yoxlamalısınız. Akkumulyatorda kifayət qədər enerji olmazsa və ehtiyaclarınızı qarşılamazsa, sizdən mövcud elektrik skuterin arasından başqa birini seçməyiniz xahiş olunur. İstənilən halda elektrik skuterini idarə etdiyiniz zaman akkumulyatorun enerjisinin tükənməsinə görə “E-scooter.az” a qarşı hər hansı iddia irəli sürmək hüququnuz yoxdur, çünki istifadədən əvvəl akkumulyatorun enerjisinin yoxlanmasına görə tam məsuliyyət daşıyırsınız.
16. Elektrik skuterini icarəyə götürməzdən əvvəl siz tətbiqin fəaliyyət xəritəsində elektrik skuterinin yeri, istifadə məhdudiyyətləri, tariflər və s. kimi dinamik yeniləmələrin mövcud olub-olmadığını yoxlamalısınız.
17. Sizə məlumdur ki, Müəssisə öz mülahizəsinə əsasən fəaliyyət saatları, ərazilər, şəhərlər və s. kimi amillərdən asılı olaraq, müxtəlif tariflər tətbiq etmək hüququna malikdir. Elektrik skuterini icarəyə götürməzdən əvvəl xidmət haqqının yoxlanması öhdəliyi sizin üzərinizə düşür.
18. Hər hansı nasazlıq müəyyən edildikdə bu barədə dərhal “Escooter.az” a məlumat verməlisiniz.
19. “Escooter.az” tərəfindən akkumulyatorun enerjisi haqqında verilən məlumat təqribidir və müxtəlif parametrlərə görə müəyyən edilir. Elektrik skuterlərin idarə edilməsi tərzi, coğrafi marşrut, istifadəçinin çəkisi və digər parametrlər məlumatlara ciddi şəkildə təsir göstərə bilər. “E-scooter.az” elektrik skuterlər haqqında məlumatlara, o cümlədən köməkçi avadanlıqlara (akkumulyator və s.), bu məlumatlar əsasında istifadəçiyə dəyə biləcək hər hansı zərərə görə məsuliyyət daşımır.

Sığorta, təhlükəsizlik və məsuliyyət haqqında

1. İcarə müddəti başlamazdan əvvəl siz təsdiq edir və razılıq verirsiniz ki: (1) icarəyə götürdüyünüz elektrik skuteri idarə olunmasında təcrübəyə maliksiniz və onun təhlükəsiz idarə olunması qaydasına bələdsiniz; (2) fiziki və əqli vəziyyətiniz seçdiyiniz elektrik skuteri idarə etməyə imkan verir; (3) qüvvədə olan qanunun tələblərinə əsasən seçdiyiniz elektrik skuteri uyğun qoruyucu avadanlıqlara sahibsiniz və qüvvədə olan qanun tələb etdiyi təqdirdə istənilən zaman bu cür avadanlıqlardan istifadə edəcəksiniz; (4) qüvvədə olan qanunun seçdiyiniz elektrik skuteri idarə olunması ilə bağlı müddəaları ilə tanış olmusunuz və onlara əməl etməyi, o cümlədən elektrik skuteri qüvvədə olan qanunun müddəalarına uyğun olaraq müəyyən edilmiş yollarda idarə etməyi öhdənizə götürürsünüz. Siz elektrik skuterini velosiped zolağında və belə zolaq olmadıqda isə qüvvədə olan qanunda müəyyən edilən yollarda idarə edə bilərsiniz; (5) Elektrik skuterinin idarə olunmasının sürücülər, piyadalar və digərləri üçün təhlükə yarada biləcəyindən, yol şəraitindən xəbərdarsınız, qəza hadisələrinin qarşısını almaq üçün sayıq və xüsusilə, diqqətli olmalısınız; (6) seçdiyiniz elektrik skuterini idarə etməyi yaxşı bacarırsınız və “E-scooter.az” tərəfindən onu necə idarə etməli olduğunuzun izah olunmasına ehtiyac yoxdur; (7) Elektrik skuterini idarə edən zaman istifadə etdiyiniz və qüvvədə olan qanuna əsasən tələb oluna biləcək qoruyucu avadanlıqların satın alınması, keyfiyyəti və istismarına görə tam məsuliyyət daşıyırsınız; (8) bildiyiniz kimi, qoruyucu avadanlıqlar qəza zamanı xəsarət alma riskini tam aradan qaldırmır; (9) “E-scooter.az” sizi və/və ya icarəyə götürdüyünüz Elektrik skuterini heç bir şəkildə sığortalamır və sizə elektrik skuterindən birbaşa və ya dolayı istifadə nəticəsində hər hansı əmlaka və/və ya şəxsə dəyən hər hansı zərərə görə tam məsuliyyət daşıyırsınız; (10) Elektrik skuterinin icarəsi ərzində hər hansı əmlaka və/və ya şəxsə dəyən hər hansı zərərə görə tam məsuliyyət daşıyırsınız; (11) Elektrik skuterin idarə olunması qaydasını hava şəraitinə uyğun olaraq tənzimləməyi öhdənizə götürürsünüz; (12) icarəyə götürmək istədiyiniz Elektrik skuterin yaxşı vəziyyətdə olduğundan əmin olmaq üçün icarəyə götürməzdən əvvəl onun görünə bilən hissələrini yoxlamısınız; (13) Elektrik skuterin əyləclər, şinlər, işıqlar və s. kimi hissələrinin yaxşı vəziyyətdə olub-olmadığını yoxlamısınız; (14) akkumulyatorda olan enerjinin səviyyəsini, onun tələb olunan məsafə və vaxt nəzərə alınmaqla sizin ehtiyaclarınızı qarşılayıb-qarşılamayacağını yoxlamısınız. Sizə məlumdur ki, Elektrik skuterini idarə edən zaman akkumulyatorda olan enerjinin tükənməsi ilə əlaqədar “E-scooter.az” a qarşı hər hansı iddia irəli sürə bilməzsiniz; (15) Elektrik skuterini zədəsiz hesab olunur və siz Elektrik skuterini icarəyə götürdükdən dərhal sonra çatışmazlıq barədə, o cümlədən istifadə müddətinin başlamasından əvvəl hər hansı hal barədə “E-scooter.az” a məlumat verməlisiniz; (16) bildiyiniz kimi, spirtli içkilər, narkotik vasitələr və/və ya hər hansı maddənin təsiri altında və/və ya sizin Elektrik skuterini təhlükəsiz şəkildə idarə etməyinizə mane ola biləcək hər hansı vəziyyətdə Elektrik skuterini idarə etmək qəti qadağandır; (17) Elektrik skuterini idarə edən zaman mobil cihazdan istifadə etmək, o cümlədən telefon danışığı həyata keçirmək, mesaj yazmaq, musiqi dinləmək və/və ya diqqətinizi yayındıra və Elektrik skuterinin təhlükəsiz şəkildə idarə olunmasına maneə ola biləcək hər hansı digər hərəkət qəti qadağandır. Müəssisə mobil telefondan və/və ya hər hansı digər mobil cihazdan istifadə nəticəsində baş verə biləcək hər hansı zərər, itki və ya xəsarətə görə məsuliyyət daşımayacaqdır; (18) Elektrik skuterini dolu, toz fırtınası, sıx duman, güclü yağış və ya qasırğa kimi əlverişsiz hava şəraitlərində idarə etməməlisiniz;(19) stabilliyinizə təsir göstərməməsi şərti ilə, işıqları daşımaq üçün nəzərdə tutulmuş cihazın daşınması istisna olmaqla, icarəyə götürdüyünüz Elektrik skuterinin stabilliyinizə və təhlükəsizliyinə təsir göstərəcək hər hansı yük götürməməlisiniz.
2. Sizə məlumdur ki, qoruyucu avadanlıqlardan istifadəyə görə tam məsuliyyət daşıyırsınız.
3. Sizə məlumdur ki, “Escooter.az” sizi və Elektrik skuterini heç bir şəkildə sığortalamır. Sizə və hər hansı üçüncü şəxsə qarşı törədilən qanun pozuntularına görə siz tam məsuliyyət daşıyırsınız.
4. Yuxarıda qeyd olunanlara zidd olmamaq şərti ilə, siz Elektrik skuterinin idarə olunması ilə bağlı riski üzərinizə götürür və bildirirsiniz ki, Elektrik skuterinin idarə olunmasının bədən xəsarəti, əmlaka zərər, qismən və tam əlillik və/və ya ölüm riskini özündə birləşdirən təhlükəli fəaliyyət olması sizə məlumdur. Siz bildirirsiniz ki, Elektrik skuterinin idarə olunması özündə gözlənilməyən riskləri birləşdirir və siz bu cür riskləri, o cümlədən üçüncü şəxslərin etinasızlığı səbəbindən yaranan riskləri üzərinizə götürürsünüz.
5. Siz Elektrik skuterinin idarə olunmasına görə özünüz məsuliyyət daşıyırsınız. İcarə müddəti ərzində və Elektrik skuterinin idarə olunması nəticəsində istifadəçiyə, digər şəxsə, əmlaka və/və ya Elektrik skuterinə dəyən hər hansı birbaşa və ya dolayı zərərə, o cümlədən hər hansı üçüncü şəxsin məruz qaldığı hər hansı itki, oğurluq hadisəsi, xəsarət, əlillik, ölüm, zərər və/və ya xərclərə görə tam məsuliyyət daşıyırsınız. Siz həmçinin Elektrik skuterinin təmir edilməsi, ehtiyat hissələrinin satın alınması və quraşdırılması yaxud Elektrik skuterinin məhv olması, müsadirə edilməsi, parçalanması və ya bərpa edilməyəcək şəkildə zədələnməsi halında yeni Elektrik skuterinin satın alınması üçün “Escooter.az” a kompensasiya ödəməlisiniz.
6. “Escooter.az” ın yuxarıda qeyd olunan səbəblərə görə zərər və/və ya xərcləri qarşılaması və/və ya kompensasiya, o cümlədən hüquqi xərcləri və vəkil qonorarını ödəməsi tələb olunarsa, siz tələb olunacaq tam məbləğ həcmində “E-scooter.az” a və onun adından hər hansı şəxsə təzminat ödəməyi öhdənizə götürürsünüz.
7. Elektrik skuterini istifadəyə başlandığı andan etibarən 24 saat ərzində qaytarılmaması halında 500 azn məbləğində cərimə tətbiq olunacaq. 48 saat ərzində qaytarılmadığı təqdirdə, və ya skuterin oğurlandığı təqdirdə 1000 azn cərimə tətbiq olunacaq. Bu şirkətin qərara alacağı digər hüquqi addımlara əlavədir.
Şübhə yaratmamaq üçün, ödəmə klirinq cəhdinin uğursuz olduğu halda (“Ödəniş metodu”, balansında kifayət qədər vəsait olmadığı hal daxil olmaqla məhdudlaşmadığı halda), “Escooter.az” “Ödəniş metodunuzu” vaxtaşırı tutmağa çalışacağını bilirsiniz və qəbul edirsiniz. Müddət, borc məbləği tam həll olunana qədər.
8. Elektrik skuteri icarəyə götürərkən siz qeydiyyat zamanı verdiyiniz e-mail ünvanına sorğu əsasında vergi və qəbz fakturalarının göndərilməsinə razılıq verirsiniz.

Ödənişlər və ödənişlərin hesablanması

1. Xidmətin aktivləşdirilməsi üçün və Xidmətdən istifadə müddəti ərzində sizin ödənişləriniz sifarişin verilməsindən sonra qüvvədə olacaq İstifadə haqqında sənədlərin şərtləri və/və ya tətbiqdə əks olunan tariflər əsasında hesablanacaqdır. Siz tətbiqin xəritəsində icarəyə götürmək istədiyiniz Elektrik skuterin işarəsinə toxunmaqla xidmətin aktivləşdirilməsi haqqını və xidmətdən istifadə haqqını görə bilərsiniz.
2. Xidmətin aktivləşdirilməsi və Xidmətdən istifadə haqları 2-ci bölmədə təklif olunan Xidmətlərə uyğun olaraq tətbiqdə tələb olunan Xidməti müəyyən edən düyməni basdıqda nümayiş etdiriləcəkdir.
3. Xidmətdən istifadə haqqı tətbiqdə müəyyən edilmiş aktivləşdirmə düyməsinin basılmasından deaktiv etmə düyməsini basana qədər davam edən müddətə əsasən hesablanacaqdır (qüvvədə olan qanuna uyğun olaraq saniyələr və yuvarlaqlaşdırılmış rəqəmlər nəzərə alınmaqla).
4. Xidmətin aktivasiyası zamanı qeydiyyata alınmış kartdan aktivasiya məbləğini və dəqiqə hesabını nəzərə alan 5 azn depozit götürülür. Əgər gedişin sonunda sonucu depozitin müddətində olan gediş depozitin məbləğindən az olarsa, depozitin qalıq hissəsi icarədarın kartına 3 iş günü müddətində geri qaytarılır. (Nümunə, Əgər icarədar götürülmüş 5 azn depozitdən 3 azn dəyərində gediş edibsə, qalıq 2 azn 3 iş günü müddətində icarədarın kartına geri qaytarılır.)
5. Əgər sürüş öncəsi icarədarın kartında yetərli məbləğ yoxdursa, sistem yürüşü qəbul etməyəcək.
6. Əgər icarədarın kartında davam etmək üçün kifayət qədər vəsait yoxdursa, onun balansı mənfiyə gedir.
7. “E-scooter.az” öz mülahizəsinə əsasən istənilən zaman İstifadə haqqında sənədlərə, o cümlədən həmin sənədlərdə əks olunan tariflərə düzəliş və dəyişikliklər etmək hüququna malikdir. Siz onları təsdiqləməzdən və/və ya hər dəfə istifadə etməzdən əvvəl Xidmətlərin keyfiyyəti və dəyərinin yoxlanmasına görə məsuliyyət daşıyırsınız.
8. Siz Xidmətlər üçün qeydiyyatdan keçən zaman Müəssisəyə etibarlı kredit və ya debit kartı və ya Müəssisə tərəfindən qəbul edilmiş hər hansı digər ödəniş qaydası (“Ödəniş qaydası”) barədə məlumatları təqdim etməlisiniz. Müəssisəyə ödəniş qaydası barədə məlumatları təqdim etməklə siz razılıq verirsiniz ki, Müəssisə ona ödənilməyən və ödənilməli olan bütün rüsum və haqları dərhal tutmaq səlahiyyətinə malikdir və heç bir əlavə bildiriş və ya razılıq tələb olunmur. Siz rüsum və ya haqqın ödənilmədiyi və ödənilməli olduğu müddətdə qüvvədə olan rüsum, haqq və faktura ilə bağlı şərtlərə uyğun olaraq hesabınızın bütün rüsum və ya haqlarını ödəməyə razılıq verirsiniz.
9. Müəssisə ödəniş qaydanızın sizə məxsus olub-olmadığını vaxtaşırı olaraq yoxlaya, o cümlədən kifayət qədər məbləğin olduğundan əmin olmaq üçün qəbzlərin nağdlaşdırılmasını həyat keçirə bilər. Siz hesab məlumatları, faktura ünvanı və ya ödəniş qaydasında baş verən hər hansı dəyişiklik barədə dərhal məlumat verməlisiniz.
10. Faktiki ödənişlərin nağdlaşdırılması istifadədən dərhal sonra və ya “E-scooter.az” ın mülahizəsinə əsasən müəyyən edilmiş müddət (həftə, ay) üçün həyata keçirilə bilər.
11. Elektrik skuterin aidiyyəti olmayan yerdə tərk edilməsi, və yaxud səyahətin sizin tərəfinizdən sonlandırılmadığı təqdirdə (Səyahəti bitir düyməsinə basılaraq), eyni zamanda əgər skuter gözləməyə alınıbsa(Pause) sistem səyahəti başladığı andan etibarən 4 saatın tamamında bitirəcəkdir və uyğun məbləğ sizin ödəmə vasitənizdən çıxılacaqdır. Anlaşılmazlığın qarşısının alınması üçün, səyahətinizi lazımi qaydada icazə verilmiş ərazilərdə bitirməyi unutmayın.

Xərclər barədə sorğular

1. Əgər tutulan hər hansı xərc barədə məlumat almaq istəyirsinizsə, fakturanın sizə təqdim olunmasından sonra 30 gün ərzində bizimlə mümkün qədər tez əlaqə saxlayın və sorğuya aşağıdakı məlumatları daxil edin: istifadəçi adı, şəxsiyyət vəsiqəsinin nömrəsi, hesabınızda istifadə etdiyiniz kredit kartının son dörd rəqəmi, haqqında məlumat almaq istədiyiniz xərcin təsviri və Müəssisə tərəfindən tələb oluna biləcək əlavə məlumatlar.
2. Müəssisə ilə şifahi şəkildə əlaqə saxlamısınızsa, Müəssisə bu danışığın yazılı mətnini 7 iş günü ərzində göndərməyi tələb edə bilər.
3. Müəssisə 14 iş günü ərzində tələb etdiyiniz məlumatları göndərəcək və/və ya sorğunuzun araşdırılmasının nəticələri barədə sizə məlumat verəcəkdir. Müəssisənin sorğusu əsasında sorğunuzun araşdırılması müddəti əlavə 30 iş günü uzadıla bilər.
4. Müəsisə sorğunuzu əsaslandırılmış hesab edərsə, 14 iş günü ərzində artıq ödənilmiş məbləği geri qaytaracaqdır.
5. Müəssisə sorğunun əsassız olduğu qənaətinə gələrsə, bununla bağlı sizə yazılı şəkildə və ya öz adından xidmət nümayəndəsi vasitəsilə izahat verəcəkdir.5. Müəssisə sorğunun əsassız olduğu qənaətinə gələrsə, bununla bağlı sizə yazılı şəkildə və ya öz adından xidmət nümayəndəsi vasitəsilə izahat verəcəkdir.

Müddəaların bölünərliyi

1. Bu istifadə qaydalarının hər bir müddəası müstəqildir və digərlərindən fərqlidir. Bu müddəalardan hər hansı biri hər hansı qərar və ya qanuna əsasən etibarsız hesab olunar və ya qüvvədən düşərsə, həmin müddəa istifadə qaydalarının bir hissəsi hesab olunmur və istifadə qaydalarının bütün digər şərtləri tam qüvvədə qalmağa davam edir və həmin müddəanın təsirinə məruz qalmır.

Digər şərtlər

1. Müəssisənin platformalarında əks olunan istifadə qaydalarından əlavə xidmət şərtləri bu istifadə qaydalarına əlavə olunur. İstifadə qaydaları ilə Müəssisənin platformalarında əks olunan şərtlər arasında ziddiyyət olarsa, əksi müəyyən edilmədiyi təqdirdə, istifadə qaydaları üstün tutulacaqdır.
2. Müəssisənin istifadə qaydaları ilə bağlı hüququndan istifadə etməməsi bu hüquqdan imtina edilməsini nəzərdə tutmur.
3. Müəssisə istənilən zaman öz hüquq və öhdəliklərini üçüncü şəxsə ötürə və ya həvalə edə bilər.
4. Bu mobil tətbiq və ya vebsaytdan istifadə Azərbaycan Respublikasının qanunları ilə tənzimlənir. Azərbaycan Respublikasında fəaliyyət göstərən səlahiyyətli məhkəmələr hər hansı məsələ üzərində müstəsna yurisdiksiyaya sahib olacaqdır.
5. Müəssisənin xidmətləri ilə bağlı sorğular aşağıdakı e-mail ünvanına elektron poçt göndərilməsi yolu ilə Müəssisənin müştəri xidmətləri mərkəzinə yönləndirilməlidir:[email protected]. Texniki sorğular üçün tətbiq vasitəsilə əlaqə saxlamağınız xahiş olunur.

MƏSULİYYƏTDƏN AZADETMƏ HAQQINDA BƏYANNAMƏ

Yuxarıda qeyd olunan müddəalara zidd olmamaq şərti ilə, bu istifadə qaydalarına razılıq verməklə siz aşağıdakıları qəbul etmiş hesab olunursunuz:

• Siz “Escooter.az” ın operatorlarını, sponsorlarını və fəaliyyət göstərilən bələdiyyələri Xidmətlərdən istifadə ilə bağlı yarana biləcək iddialardan tam azad edirsiniz (“Azad edilmiş şəxslər”);
• Xidmətlərdən istifadənizlə bağlı risklər yalnız sizin üzərinizə düşür;
• Xidmətlər, o cümlədən elektrik skuterlərə olduğu kimi təqdim olunur və onların yaxşı vəziyyətdə və ya nöqsansız olmasına zəmanət vermirik.
• Siz elektrik skuterləri idarə etməyə başlamazdan əvvəl təhlükəsizlik yoxlanışını həyata keçirməlisiniz və buna səlahiyyətiniz var. Siz zədələnmiş və ya nöqsanlı elektrik skuterləri idarə etməməlisiniz;
• Elektrik skuterlərin idarə olunması ilə ciddi risk və təhlükələr mövcuddur. Bu riskləri anlayır və öz üzərinizə götürürsünüz.
• Siz başa düşürsünüz ki, elektrikli skuterlərinin idarə olunması fərqli olmaqla fərqli risk və təhlükələr yarada bilər. Siz “Escooter.az” proqramında təqdim olunan elektrikli nəqliyyat vasitələri ilə bağlı riskləri öz üzərinizə götürürsünüz;
• Siz digər şəxslərə və ya əmlaka vurulan bütün zərərlərə görə məsuliyyət daşıyırsınız;
• Biz dəbilqədən istifadə edilməsini tövsiyə edirik, ancaq onun effektivliyinə zəmanət verə bilmərik.

Xidmətlər, elektrik skuterlər, stansiyalar, nəqliyyat vasitəsi dokları və ya müvafiq məlumatlardan yararlanmağınız qarşılığında siz (öz adınızdan, o cümlədən bütün ailə üzvləriniz, varisləriniz, vasitəçiləriniz, filiallarınız, nümayəndələriniz, davamçılarınız və səlahiyyətli şəxslərinizin adından çıxış edərək) azad edilmiş şəxsləri Xidmətlərdən istifadə ilə bağlı yarana biləcək bütün iddialardan tam və daimi olaraq azad edir, onları bu cür iddialara qarşı müdafiə edirsiniz. Bu cür azad edilmə ümumi xarakter daşımaqla Xidmətlərdən istifadə ilə bağlı bütün İddialardan azad edir. Azad edilmiş şəxslər hər hansı iddiaya qarşı özünü müdafiə etmək üçün bu cür haldan tam yararlana və müvafiq hallarda bunu üçüncü şəxs benefisiar kimi edə bilərlər.

Yuxarıda qeyd olunan halları məhdudlaşdırmamaq şərti ilə, siz qəbul edir və razılıq verirsiniz ki, qüvvədə olan qanunla məhdudlaşdırıldığı və ya genişləndirildiyi hallar istisna olmaqla, Azad edilmiş şəxslər aşağıdakılarla bağlı hər hansı iddiaya görə məsuliyyət və ya öhdəlik daşımırlar: (a) bu istifadə qaydalarına təsvir olunan hər hansı risk və ya təhlükə, (b) xidmətlər, elektrik skuterləri, stansiyalar və ya müvafiq məlumatlardan sizin tərəfinizdən istifadə edilməsi və ya edilməməsi, (c) sizin tərəfinizdən bu müqavilənin, hər hansı qanunun və ya təhlükəsizlik normalarının pozulması və ya o cümlədən müqavilədə müəyyən edilən hər hansı qadağan edilmiş aktın törədilməsi, (d) sizin tərəfinizdən və ya azad edilmiş hər hansı şəxs tərəfindən hər hansı etinasızlıq, qeyri-müvafiq hərəkət və ya digər hərəkət yaxud hərəkətsizlik, (e) Elektrik skuterlərindən istifadə zamanı sizin tərəfinizdən dəbilqə və ya digər qoruyucu vasitə və ya geyimdən istifadə edilməməsi yaxud bu dəbilqə və ya digər qoruyucu vasitə və ya geyimin ölüm və ya xəsarətin qarşısını almaması, (f) hər hansı üçüncü şəxs tərəfindən hər hansı formada etinasızlıq, qeyri-müvafiq hərəkət və ya digər hərəkət yaxud hərəkətsizlik. Siz yuxarıda qeyd olunanlar, o cümlədən müqavilədə təsvir edilən hallar, qanun pozuntusu (o cümlədən etinasızlıq səbəbindən yol verilən), qanunla müəyyən edilən hallar və ya digər əsaslarla bağlı bütün iddialardan hətta Azad edilmiş şəxslərə bu cür iddiaların mümkünlüyü barədə məlumat verilsə belə, imtina edirsiniz.